Ru
12:40 / 28 Avqust 2025

Uşaqları döyülərək xəstəxanalıq edilən qadınla bağlı YENİ FAKT

Uşaqları döyülərək xəstəxanalıq edilən qadınla bağlı YENİ FAKT
Eye

Xəbər verdiyimiz kimi, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır və o, Bakıya gətirilib.

Bakupost.az -a döyülən uşaqların anası ilə bağlı yeni məlumat daxil olub.

Qeyd olunur ki, həyat yoldaşı ilə yanaşı o da saxlanılıb. Həmçinin qadının hamilə olduğu da bildirilir.

Xatırladaq ki, TƏBİB-in məlumatına əsasən, azyaşlılardan biri (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

2024-cü il təvəllüdlü digər azyaşlı (kişi) isə hazırda profilaktik olaraq Ağdam RMX-də həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar