Ru
14:10 / 24 Noyabr 2025

“Uzaq durun” – Yanğında zərərçəkən jurnalistdən daha bir açıqlama

“Uzaq durun” – Yanğında zərərçəkən jurnalistdən daha bir açıqlama
Eye

Yasamaldakı yanğında zərərçəkən hərbi-ekspert, İTV-nin əməkdaşı Heydər Mirzə sosial şəbəkədəki hesabından yeni paylaşım edib.

Bakupost.az xəbər verir ki, jurnalist statusuna "adam hər yerdə deyirdi ki, “pulla hər şeyi həll edir”?", – sözləri ilə başlayıb.

“Deməli belə.

1. Bina sakinləri binanın yaşayışa yararlılığı bərpa olunana qədər Yasamal rayonunda kirayə ilə təmin olunmalıdır. Ağdamda deyil. Masazırda deyil. Elmlərlə İnşaatçıların arasında. Təxminən 90 ailə. Təxminən ayda 100 000 AZN. Gəl indi həll elə pulla. İndi. Bu saat yəni…

2. Öz gücümüzlə müəyyən şeyləri artıq edirik (təmizik, və s). Bütün bunların xərci manatına kimi təqdim olunacaq müvafiq orqanlara. Maddi təzminat üçün.

3. Mənəvi təzminat məsələsi hələ qabaqdadır. Camaat hələ əzizini yeni torpağa tapşırıb. Hələ də reanimasiyada olanlar var. İlk söz onların olacaq.

4. Binamızın sakinləri dərin fəlsəfi, siyasi, və s. çıxarışlar etmək, söhbəti fərqli və hamımızın ziyanına olan istiqamətlərə fırlatmaqdan uzaqdır. Biz haqqımızı tələb edirik. Cinayətkardan… Vəssalam. Küçədə qalmaq istəmirik sadəcə.

5. Təxribatçılara. Mən trol nəsilləri yetişdirmişəm. Trol doğuşu qəbul etmişəm. Trol toyunda keşiş olub xeyir dua vermişəm. Trol fabrikalarına trol istehsalatı xətləri qurmuşam. Uzaq durun. Siz nəsə yazanda, mən söhbətin 12 şərhdən sonra hara gələcəyini bilirəm. Mənimlə deyil. Arada insan ölümü var. Ailələrin hisslərini öz marağınızda istifadə etməyin”.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar