Ru
20:41 / 04 Noyabr 2025

Vardanyan Emil Babışovdan imtina etdi - Ayrapetyan Bakıdan xəbər verir

Vardanyan Emil Babışovdan imtina etdi - Ayrapetyan Bakıdan xəbər verir
Eye

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan yeni təyin olunmuş vəkili Emil Babışovun xidmətlərindən imtina edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin sabiq deputatı, ekspert Tatevik Ayrapetyan öz Teleqram kanalında yayıb.

Ayrapetyan iddia edib ki, Vardanyan imtina haqda qərarını bu gün keçirilən iclasda elan edib. Səbəb isə Babışovun azərbaycanlılar Şuşada olarkən çəkdiyi “Noldu, Paşinyan” deyə ironik məzmunlu videonu öz sosial şəbəkə hesabında vaxtilə yayması olub. Ayrapetyan bunu Babışovun “ermənifob olması” kimi anlayıb.

Qeyd edək ki, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinasına dair vəsatəti qəbul olunmuş və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət göndərilmişdi. Bu səbəbdən də Vəkillər Kollegiyasının üzvü Emil Babışov ona 28 oktyabrda baş tutan iclasda dövlət hesabına vəkil təyin olunmuşdu.

Təqsirləndirilən şəxs yeni vəkili Emil Babışova etiraz etməmişdi. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildirmişdilər.

Xatırladaq ki, bu gün baş tutan iclasla bağlı agentliklər hələ məlumat yaymayıb və Vardanyanın doğrudan da vəkildən imtina edib-etmədiyi bəlli deyil. Bu baxımdan Ayrapetyanın məhkəmə davam edərkən məlumat yayması maraqlıdır.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar