Ru
20:17 / 07 Fevral 2026

“VarGonzo”nun Ermənistana girişi qadağan edildi – Qarabağ izi…

“VarGonzo”nun Ermənistana girişi qadağan edildi – Qarabağ izi…
Eye

Ermənistanın Milli Təhlükəsizlik Xidməti “VarGonzo” redaksiyasına jurnalist Dmitri Seleznyovun İrəvana girişinə qadağa qoyulmasının səbəbləri ilə bağlı rəsmi cavab göndərib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, MTX-nin açıqlamasında Seleznyovun fəaliyyətinin Ermənistanın dövlət təhlükəsizliyinə, konstitusiya quruluşuna, ölkənin müdafiə qabiliyyətinə və ictimai asayişinə təhdid kimi qiymətləndirildiyi bildirilib.

Bu əsaslarla jurnalistin ölkəyə girişinə icazə verilməyib.

Qeyd edək ki, Dmitri Seleznyov daha əvvəl bir neçə dəfə qanunsuz şəkildə Qarabağa səfər edib və 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi fəaliyyət göstərib. Bu faktlar da qərarın verilməsində əsas amillərdən biri kimi göstərilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar