Ru
14:27 / 18 Fevral 2021

Vasif Talıbov karantin qaydalarını pozdu - FOTOLAR

3175

Naxçıvan Muxtar Respublikasında Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Açılış mərasimində NMR Ali Məclisinin Sədri Vasif Talıbov, oğlu Seymur Talıbov və digər rəsmi şəxslər iştirak edib.


Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.


Təqdimatdan sonra açılışda iştirak edən rəsmi şəxslər kanatda gəziblər.


Açılış mərasimindən çəkilmiş fotolardan görünür ki, karantin rejimi qaydaları pozulub. Belə ki, açılışda iştirak edən NMR Ali Məclisinin Sədri Vasif Talıbov, oğlu Seymur Talıbov və digər rəsmi şəxslər karantin rejimi qaydasını pozaraq maskadan istifadə etməyiblər.

Bakupost.az xəbər verir ki, rəsmi şəxslərin maska taxmaması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bu səbəbdən açılış mərasimində çəkilmiş fotolar müzakirələrə səbəb olub və cəmiyyət tərəfindən qəzəblə qarşılanıb.


Həmin fotoları təqdim edirik:


Şərhlər
  • Ramin

    Maska taxmamaq lap ela qerardir, menimde zehlem gedir maska taxmaqdan.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər