Ru
10:36 / 12 Yanvar 2023

Vasif Talıbovun qızı da İŞDƏN ÇIXARILDI

Vasif Talıbovun qızı da İŞDƏN ÇIXARILDI
Eye

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

Bu barədə Bakupost.az Report-a istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.



Şərhlər
  • t.ədalət

    Heydər Əliyev hakimiyyətindən milyardlar qazanıb rahat yeyən adamlardan biri Hacıbala Abutalıbovdur.Onun anasının erməni olduğunu deyirlər.Vaxtı ilə Bakıda "Əlincə" cəmiyyətinin yığıncağında iştirak edən H.Əliyev görür ki,naxçıvanlılar əllərində dondurma yeyirlər.Hacıbala da onların ağzına baxa-baxa qalıb.Açığı,şərurluların Hacıbaladan zəhləsi gedirdi.Ona görə də ona yaxın duran yox idi.İşi belə görən H.Əliyevin Hacıbalaya yazığı gəlir.Deyilənə görə,cibindən xırda pul çıxarıb Hacıbalaya verir və hansısa tapşırığı ona tapşırır.Bilir ki,Hacıbala tapşırığın ardınca piyada gedəcək,verilən xıtda pula isə dondurma alıb yeyəcək.Sonralar iş elə gətirdi ki,dondurma almağa pulu olmayan Hacıbala milyardları ələ keçirdi,min kv.metrlik onlarla mənzilə sahib oldu.

  • t.ədalət

    Heydər Əliyevə Naxçıvanda mənzilinin qapısını açan kişi Vasif Talıbov idi.Bakıda Rəfael Allahverdiyev.Hər ikisi işinin dalınca getdi.Qazanan neyteral adamlar oldu.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar