Ru
16:54 / 19 Fevral 2026

Vəkillər Kollegiyasında üç vəkil cəzalandırıldı

Vəkillər Kollegiyasında üç vəkil cəzalandırıldı
Eye

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Bakupost.az-a kollegiyadan məlumat verilib.

İclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, iclasda “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” Təlimata dəyişiklik edilməsi məsələsinə baxılıb, habelə Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə əlaqədar fəaliyyətlərinin illik statistik hesabatı təhlil olunub. Aparılan müzakirələr və təqdim edilən məlumatlar əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar