Ru
15:55 / 28 Yanvar 2026

Vera Brejnevadan inanılmaz addım – Məşhur müğənni Rusiyadan tamamilə imtina etdi

Vera Brejnevadan inanılmaz addım – Məşhur müğənni Rusiyadan tamamilə imtina etdi
Eye

Rusiyanın məşhur müğənnisi və aktrisası Vera Brejneva (Vera Qaluşka) əvvəlki səhnə karyerasını faktiki olaraq başa vurub və fəaliyyətini yeni imic altında davam etdirir.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, 1 həftə sonra 44 yaşı tamam olacaq Ukrayna əsilli müğənni, “VİA Qra” qrupunun keçmiş solisti Rusiya şou biznesində ulduzlaşmış “Vera Brejneva” adından imtina etdi. Müğənninin bundan sonra “Vira” adı ilə çıxış edəcəyi və ancaq ukrayna dilində oxuyacağı bildirilir.

Xəbərdə qeyd olunur ki, Qaluşkanın menecer komandası da tamamilə dəyişdirilib və hazırda bütün təşkilati işlər Ukrayna tərəfindən həyata keçirilir. İctimai çıxışlarda rus dilindən istifadə dayandırılıb, repertuardan rusdilli mahnılar çıxarılıb. Həmçinin rusiyalı sifarişçilərdən, o cümlədən Rusiyanı tərk etmiş şəxslərdən belə, konsert və tədbir təklifləri qəbul edilmir. Məlumata görə, çıxışlardan əvvəl sifarişçilərin və tədbir tərəflərinin vətəndaşlığı da yoxlanılır.

Hazırda Vera Qaluşka Kiyevdə keçirilən premyeralarda və ictimai tədbirlərdə görünür, yalnız Ukrayna mediasına müsahibələr verir. Sosial şəbəkələrdə aktivliyi isə əsasən humanitar fəaliyyətlə müşayiət olunur. Bildirilir ki, onun yeni imicinin təşviqində məcburi köçkünlərə yardım, cəbhəyanı bölgələrdə yaşayan uşaqlara dəstək, eləcə də Lvov, Çernovtsi və Mukaçevo şəhərlərində tibbi və sosial layihələr ön plandadır.

Paralel olaraq müğənninin tamamilə Ukrayna dilindəki mahnılardan ibarə olacaq yeni konsert proqramı üzərində iş aparılır. Bu səbəbdən hələlik böyük solo konsertlər planlaşdırılmır. Yeni proqramın və səhnə şousunun təxminən dörd həftə ərzində hazır olacağı qeyd olunur.

Mehin, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar