Ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb və məlum olub ki, sözügedən villa iş adamı Mahir Kərim oğlu Xanəhmədova məxsusdur.
Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov eyni zamanda Surqutdakı Xantı-Mansi Muxtar Dairəsi-Yuqra Diasporunun rəhbəri və "Azərbaycan-Surqut" regional milli-mədəni ictimai təşkilatının sədridir.
İş adamı ötən il Rusiyada diaspor rəhbəri təyin olunub.
M.Xanəhmədovu diaspor rəhbərliyinə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev gətirib.
Ailəlidir, 6 övladı var.