Ru
14:18 / 16 Fevral 2026

"Qarabağ" - "Nyukasl" oyunu bu hakimlərə tapşırıldı

"Qarabağ" - "Nyukasl" oyunu bu hakimlərə tapşırıldı
Eye

Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə edəcək.

Bakupost.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Espen Eskas olacaq.

Ona həmyerliləri Jan Erik Engan və Isaak Elias Bashevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Dieperink, AVAR-da Dennis Higler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marcinkeviçiusdur.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar