“Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada keçirdiyi görüşlər, verdiyi müsahibələr və mesajlar çox önəmli idi. “France 24” kanalına verdiyi müsahibədə də bir çox məqamlara toxunuldu. Avropa İttifaqı-Azərbaycan, Rusiya-Azərbaycan, o cümlədən Fransa-Azərbaycan münasibətlərinə aydınlıq gətirdi”.
Bu sözləri
Bakupost.az -a açıqlamasında siyasi şərhçi Oktay Qasımov İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri şərh edərkən bildirib.
O qeyd etdi ki, görüşlərdə Azərbaycanın etibarlı strateji tərəfdaş kimi Avropanın bundan sonrakı enerji təhlükəsizliyində oynayacağı rol qeyd olundu:
“Nəqliyyat-logistika sahəsində, Qərblə Şərqi birləşdirən nəqliyyat qovşağında Azərbaycanın önəmi vurğulandı. Təbii ki, keçirilən görüşlərin hamısı Azərbaycanın Münhen Təhlükəsizlik Konfransında formalaşmağa başlayan dünya düzənindəki rolunun açıq ifadəsi kimi də dəyərləndirilə bilər. Belə ki, artıq Azərbaycanın baxışı da dəyişib. Rəsmi Bakı Cənubi Qafqaz və Orta Asiya məkanında əsas oyunçu hesab olunur. Yəni burada ölkəmizin həm siyasətinin önəmi ortaya çıxdı və hazırkı dünya şərtlərində qlobal güclərlə münasibətlərinə bir daha aydınlıq gətirildi. Hesab edirəm ki, bu səfər önəmli idi. Çünki dünyanın aparıcı dövlətlərinin rəhbərləri, mütəxəssislər və ciddi güc mərkəzləri, beynəlxalq analitik təhlil mərkəzləri iştirak ediblər”.
Lalə,
BakuPost