Ru
15:23 / 16 Fevral 2026

Ermənistana ixrac edilən məhsulların dəyəri nə qədərdir?

Ermənistana ixrac edilən məhsulların dəyəri nə qədərdir?
Eye

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edir.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar