Ru
15:32 / 16 Fevral 2026

Nazir yeni Aparat rəhbəri təyin etdi

Nazir yeni Aparat rəhbəri təyin etdi
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında yeni təyinat olub.

Bakupost.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Nihad Hafiz oğlu Muxtarlı 1990-cı il mart ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2007-ci ildə Respublika 289 saylı "Zəngi” liseyindən məzun olub.

2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. 2011-2012-ci illərdə Şimali Kipr Doğu Akdeniz Universitentindıə İngilis dili dəstək proqramı alıb. 2012-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin İzmir Ekonomi Universitentində "Master of Business Administration" ixtisası üzrə ingilis dilində magistratura pilləsində ali təhsil alıb.2014-2017-ci illərdə Qərbi Kaspi Univesitetində aspirant olaraq təhsil almışdır. 2018-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

2009-2011-ci illərdə özəl müəssisələrdə müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlayıb. 2015-ci ildə "Retro Holding” MMC-də baş mühasib köməkçisi vəzifəsində çalışıb. 2015-2018-ci illərdə "Retro Holding” MMC-də Şirvan sement zavodunda Direktor vəzifəsində çalışıb.

2018-2020-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında müşavir vəzifəsində çalışıb. 2020-ci ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 1 övladı var.

Şərhlər
  • .Nizami Aliev

    он не" Мухтарли", а , Мухтарлы. Вопрос , что за грамотеи в редакции ?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar