Ru
14:09 / 16 Fevral 2026

Manaf Ağayev efirə niyə buraxılmadı? – “Dedim, pulumu da verirəm” - VİDEO

Manaf Ağayev efirə niyə buraxılmadı? – “Dedim, pulumu da verirəm” - VİDEO
Eye

Müğənni Manaf Ağayev efirə çıxmaq üçün yaşadığı çətinliklərdən və anası ilə bağlı xatirəsindən danışıb.

Bakupost.az xəbər verir ki, sənətçi bu barədə “Rəngarəng” verilişində açıqlama verib.

O, bildirib ki, anasının son arzusunu yerinə yetirmək üçün efirə çıxmaq istəsə də, bu mümkün olmayıb:

“Birlikdə olduğumuz böyük sənətkarlara müraciət etdim. Dedim ki, pulumu da verirəm, mahnı da yazdırmışam, efirə çıxmaq istəyirəm. Anam can verirdi və deyirdi ki, səni bir dəfə efirdə görsəm, rahat ölərəm. Ömrünə cəmi bir ay qalmışdı. Amma heç kim mənə kömək etmədi. Halbuki edə bilərdilər”.

Onun sözlərinə görə, həmin dövrdə efirə çıxmaq üçün bədii şuradan keçmək tələb olunurdu. Şurada isə dövrün tanınmış sənətkarları – Arif Babayev, İslam Rzayev və Əlibaba Məmmədov kimi şəxslər iştirak edirdi:

“İçəri girdim, mahnıma qulaq asdılar. Soruşdular ki, haralısan. Orada yerlilərim olduğu üçün elə bu sualı gözləyirdim. Dedim, Qarabağlıyam. Sevindim ki, bəlkə keçərəm. Hətta sevincimdən az qalırdım ağlayam. Amma dedilər ki, yox, getsin. Çox pis oldum. Anama nə deyəcəyimi bilmirdim.

Sonra ona dedim ki, hər şey qaydasındadır, efirə çəkilmişəm, növbəm çatanda verəcəklər. Amma heç bir həftə keçmədi, anam rəhmətə getdi.

O günü heç vaxt unutmuram. Ona görə də kiməsə yaxşılıq etmək, kimisə efirə çıxarmaq imkanım varsa, edirəm. Aparıcılardan da həmişə xahiş edirəm. Halbuki o vaxt bu boyda sənətkar dostlarım ola-ola, heç kim əlimdən tutmadı”.

Yasəmən

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar