Ru
14:12 / 18 İyun 2026

“Volkswagen” “T-Roc Cabriolet” modelinin istehsalını dayandırır

“Volkswagen” “T-Roc Cabriolet” modelinin istehsalını dayandırır
Eye

Alman avtomobil istehsalçısı “Volkswagen” istehsalı azaltmaq qərarına gəlib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət yay tətilini bir həftə uzadıb. Ancaq bu müddətdə əlavə istehsal planları həyata keçirilməyəcək.

Şirkət sözçüsü bildirib ki, qərarın əsas səbəbi “T-Roc Cabriolet” modelinə tələbatın azalmasıdır.

Beləcə bu modelin hazırlandığı Osnabrük zavodunun da gələcəyi sual altında qalıb. Təxminən 2300 nəfərin çalışdığı zavod bağlana bilər.

Hazırda zavodun gələcəyi ilə bağlı müdafiə sənayesi şirkətləri ilə danışıqların aparıldığı bildirlib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar