Ru
18:10 / 30 İyul 2025

"Votsap"dan edilən iş elanları ilə bağlı - XƏBƏRDARLIQ

"Votsap"dan edilən iş elanları ilə bağlı - XƏBƏRDARLIQ
Eye

Son günlər bəzi sosial şəbəkə səhifələrində, habelə "WhatsApp" üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) adından müxtəlif məzmunlu iş elanlarının paylaşıldığı müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev məlumat yayıb.

"Bildiririk ki, həmin elanlar saxtadır və vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə onlardan vəsait oğurlanmasına yol aça bilər.

Vətəndaşları həmin yalan, saxta elanlara aldanmamağa, bu tipli naməlum mesajlar gəldikdə də cavab vermədən dərhal onları blok etməyə, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq", - məlumatda deyilir.

Qeyd olunur ki, nazirlik və onun tabeli qurumları tərəfindən elan edilən bütün rəsmi vakansiyalar yalnız "Əmək və Məşğulluq" altsistemində (emas.sosial.gov.az) yaradılmış vakansiya bankı vasitəsilə ictimaiyyətə təqdim olunur:

"Vətəndaşlara yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeli qurumlarının rəsmi kanallarında paylaşılmış məlumatlara etibar etmələrini tövsiyə edirik".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar