“WhatsApp” köhnə əməliyyat sistemlərində işləməyəcək.
“Bakupost” xəbər verir ki, “Meta”nın tətbiq üçün yenilədiyi sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən “WhatsApp” yalnız “Android 6.0” və daha yeni versiyaları dəstəkləyəcək.
30 noyabrdan etibarən isə tətbiq yalnız “iOS 15.5” və daha yeni versiyalarda işləyəcək.
Şirkət bildirir ki, sistem tələbləri təhlükəsizlik yeniləmələrini təmin etmək məqsədilə mütəmadi yenilənir. Köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılması bəzi cihazların “WhatsApp”dan istifadəsini mümkünsüz edə bilər.
Vüsalə Hüseynova,
BakuPost