Ru
17:41 / 18 Yanvar 2018

"Xaləddin İsgəndərov işinin başındadır" - Madər Musayev

"Xaləddin İsgəndərov işinin başındadır" -  Madər Musayev
Eye

Mətbuat Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun məzuniyyətə göndərildiyi barədə xəbərlər yayıb. İddia olunur ki, icra başçısı məzuniyyətdən geri qayıtmayacaq. Hətta o da bildirilir ki, Binəqədi Rayon İcra Hakimiyyətində yoxlamalar başlanıb.



Bu iddialar Xaləddin İsgəndərovun sabiq vergilər naziri Fazil Məmmədovla qohum olmağı ilə əlaqləndirilir. 



BakuPost xəbər verir ki, Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsindən olan deputatı Madər Musayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib.



Deputat bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hazırda işə çıxıb.



"Bəi, Xaləddin müəllim məzuniyyətdə idi. Mətbuatda da bu barədə yazılar getmişdi.  Onun məzuniyyəti artıq başa çatıb. Dəqiq bilirəm ki, Xaləddin müəllim hazırda öz işinin icrasına başlayıb”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar