Ayətullah Əlirza Ərafi İranın ali lideri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Bakupost.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
1959-cu ildə anadan olan Ərafi İranın Yəzd əyalətinin Meybod şəhərində ruhani ailəsində anadan olub.
Ərafinin atası Ayətullah Məhəmməd İbrahim Ərafi İranın ilk dini lideri Ayətullah Ruhullah Xomeyninin yaxın dostu idi.
Əlirza Ərəfi Qum şəhərindəki Əl-Mustafa Beynəlxalq Universitetinin sədri vəzifəsində çalışır.
Ərafi ərəb və ingilis dillərində sərbəst danışır, 24 kitab və məqalənin müəllifidir.
2019-cu ildən bəri o, istənilən hökumət siyasətinə və ya siyasi namizədə veto qoymaq səlahiyyətinə malik olan 12 üzvdən ibarət güclü Konstitusiya Mühafizə Şurasının üzvüdür.
Qeyd edək ki, İsrail və ABŞ-ın zərbələri nəticəsində İranın ali dini lideri Əli Xamenei ölüb. İranda buna görə 40 gün matəm elan edilib.