Ru
22:34 / 20 İyul 2026

Yamal matçdan sonra Messiyə nə dediyini açıqladı

Yamal matçdan sonra Messiyə nə dediyini açıqladı
Eye

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb.

"Bakupost" Oxu.Az-a istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib.

"Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: "Bağışla məni". O isə mənə belə cavab verdi: "Səni təbrik edirəm, sən buna daha çox layiq idin". Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm", - deyə Yamal finaldan sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar