Ru
13:43 / 03 Dekabr 2025

Yanğında xəsarət alan Ləman komadan ayıldı

Yanğında xəsarət alan Ləman komadan ayıldı
Eye

Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir.

Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova Ləmanın anasıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar