Ru
02:30 / 22 Noyabr 2025

Yanğının baş verdiyi binanın qarşısında qərargah yaradıldı

Yanğının baş verdiyi binanın qarşısında qərargah yaradıldı
Eye

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının qarşısında FHN tərəfindən xüsusi qərargah yaradılıb.

Bakupost.az xəbər verir ki, qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə, qeydiyyat işləri həyata keçirilir. Bundan sonra sakinlərin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Sakinlər zəruri əşyalarını götürdükdən sonra mənzilləri müvəqqəti tərk edirlər.

Qeyd edək ki, yanğın nəticəsində üç nəfər ölüb. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar