Ru
15:00 / 15 İyul 2026

Yanvar-iyun aylarında DSMF 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və təqaüd ödəyib

Yanvar-iyun aylarında DSMF 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və təqaüd ödəyib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.


Onlardan:

505 min nəfərə müavinət olaraq 634 milyon manat,
405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat,
129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat
ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 6 faiz çox olub.

Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar