Ru
14:27 / 04 Oktyabr 2025

Yaponiyada Baş nazirlə bağlı bir ilk

Yaponiyada Baş nazirlə bağlı bir ilk
Eye

Yaponiyada ilk dəfə hökumətə qadın rəhbərlik edə bilər.

Bakupost.az xəbər verir ki, 64 yaşlı Sanae Takaiti Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Namizədliyi parlament tərəfindən təsdiqləndikdən sonra o, baş nazir olacaq. Bu, Yaponiya tarixində ilk dəfə qadının sözügedən vəzifəni tutması deməkdir.

Birinci turda heç bir namizəd səs çoxluğunu qazanmadığı üçün səsvermə iki mərhələdə aparılıb.

İlk turda Sanae Takaiti 183, kənd təsərrüfatı naziri Sinjiro Koidzumi isə 164 səs toplayıb. “The Japan Times”ın məlumatına görə, ikinci turda nazir 156, rəqibi isə 185 səs toplayıb.

Sanae Takaiti ifrat sağçı fikirlərin tərəfdarı hesab olunur. Yaponiyanın ən böyük mühafizəkar və millətçi QHT-si olan “Nippon Kaigi”nin üzvüdür.

O, sentyabrın əvvəlində istefa verdiyini açıqlayan Şiqeru İşibanı əvəz edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar