Ru
09:55 / 15 İyul 2026

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı - FOTO

"Yaprak Dökümü"nün "Şevketi" — Caner Kurtaranın son halı - FOTO
Eye

Türkiyənin məşhur seriallarından olan "Yaprak Dökümü" ilə tanınan aktyor Caner Kurtaran uzun müddətdən sonra görüntülənib. Serialda canlandırdığı Şevket obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyorun illər ərzindəki dəyişimi sosial mediada geniş müzakirə olunub.

"Bakupost" demokrat.az-a istinadən xəbər verir ki, "Yaprak Dökümü" serialında Caner Kurtaran Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Gökçe Bahadır və Fahriye Evcen kimi tanınmış aktyorlarla eyni heyətdə yer alıb.

Aktyor daha sonra "Aşk ve Ceza", "Tek Yürek", "Kimse Bilmez", "Eşkiya Dünyaya Hükümdar Olmaz" və "Hudutsuz Sevda" kimi layihələrdə də rol alıb. Hazırda 47 yaşında olan Kurtaranın son görüntüləri pərəstişkarlarının diqqətindən yayınmayıb.

Məşhur aktyorun illər içindəki dəyişimi sosial şəbəkələrdə fərqli reaksiyalar yaradıb. Bəzi izləyicilər onun hələ də yaraşıqlı göründüyünü yazarkən, bəzi istifadəçilər isə zamanın keçməsinin təbii olduğunu qeyd ediblər.

Sosial mediada yayılan şərhlərdə "Hələ də yaraşıqlıdır" və "Neçə il keçib, insan yaşlanmasınmı?" kimi fikirlər yer alıb.

Caner Kurtaranın yeni görüntüləri "Yaprak Dökümü" serialının unudulmaz obrazlarını yenidən gündəmə gətirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar