Ru
09:19 / 15 Noyabr 2025

Yasamalda paslı su problemi – Sakinlər narahatdır

Yasamalda paslı su problemi – Sakinlər narahatdır
Eye

Yasamal sakinlərinin suları var, amma içə bilmirlər..

Bakupost.az “Xezerxeber”ə istinadən xəbər verir ki, Paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə 34b ünvanında yerləşən “Şaiq” MTK-ya məxsus çoxmərtəbəli binada yaşayan 192 ailə verilən suyun natəmizliyindən şikayətçidir.

Sakinlər deyirlər ki, paslı su binanın su xəttini, kombi sistemini sıradan çıxarır. Bu sudan içmək isə mümkün deyil.

Sakinlər binanın təhlükəsizliyindən də narahatdırlar. Dediklərinə görə, təxminən 100 tonluq çən binanın alt hissəsində yerləşdiyindən bünövrə üçün də təhlükə yaradır.

İddialarla bağlı şirkətin əməkdaşı aidiyyəti qurum tərəfindən sudan analiz nümunələrinin götürüldüyünü bildirdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar