Ru
15:07 / 06 Yanvar 2026

Yeni icra başçısı daha 3 nəfəri işdən çıxardı

Yeni icra başçısı daha 3 nəfəri işdən çıxardı
Eye

Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib.

Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin Baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.

Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.

Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar