Ru
17:55 / 29 Noyabr 2021

Yeni nazir müavinləri kimlərdir? - DOSYE

2944

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.




Bakupost.az xəbər verir ki, İndira Hacıyeva Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000 - 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

01.01.2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər