Ru
13:32 / 02 Sentyabr 2020

Yeni nazir "təmizləmə əməliyyatı"na başladı - 2 şöbə müdirini işdən çıxardı

Yeni nazir "təmizləmə əməliyyatı"na başladı  - 2 şöbə müdirini işdən çıxardı
Eye


Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.

“BakuPost”un əldə etdiyi məlumata görə, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib.

Belə ki, çalışmanın yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar