Ru
15:43 / 06 İyul 2026

Yerə bənzəyən planet tapıldı – Digərlərindən daha yaxındır

Yerə bənzəyən planet tapıldı – Digərlərindən daha yaxındır
Eye

Alimlər Yer kürəsindən 25 işıq ili uzaqlıqda yerləşən GJ 3378b adlı ekzoplanetin yaşayış zonasında yerləşən qayalı “super Yer” ola biləcəyini açıqlayıblar.

"Bakupost" xarici KİV-lərə istinadən xəbər verir ki, GJ 3378 adlı qırmızı cırtdan ulduzun ətrafında dövr edən planetin indiyə qədər tapılanlardan daha çox Yerə bənzədiyi müəyyən edilib. O, ulduzu ətrafında 21,4 günə dövr edir və aldığı radiasiya Yerin Günəşdən aldığı enerjinin təxminən 90 faizinə bərabərdir.

Son ölçmələrə görə, planetin kütləsi əvvəl düşünülən 5,3 qat deyil, Yerdən cəmi 2,3 dəfə böyükdür. Bu isə onun qaz nəhəngi yox, qayalı planet olduğunu göstərir.

Alimlər bildirir ki, qırmızı cırtdan ulduzların yüksək aktivliyi səbəbindən bu tip planetlərin atmosferi zamanla məhv ola bilər. Bu isə GJ 3378b-də həyatın mövcudluğu ilə bağlı əsas suallardan biri olaraq qalır.

Eyni zamanda, mütəxəssislər vurğulayır ki, planetin yaşayış zonasında yerləşməsi maye suyun mövcudluğu üçün əlverişli şərait yarada bilər. Lakin bunun üçün planetin kifayət qədər güclü cazibə qüvvəsinə və sabit atmosferə sahib olması vacibdir.

Bununla belə, planetin atmosferinin olub-olmaması hələ məlum deyil. Alimlər qeyd edir ki, bu amil həyat üçün əsas şərtlərdən biridir.

Mütəxəssislər GJ 3378b-ni gələcəkdə həyat axtarışı üçün ən perspektivli yaxın ekzoplanetlərdən biri hesab edir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar