Ru
23:22 / 14 Sentyabr 2020

“YouTube”dan “TikTok”a rəqib proqram

2504
"YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

"BakuPost" report-a istinadən xəbər verir ki, bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib.

"Biz "YouTube Shorts"un yaradılması haqqında bildirməyə şadıq - qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında", - rəsmi bloqun relizində qeyd edilir.

"YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər