Yumurtaları zibilliyə atdılar, minlərlə cücə çıxdı - Gürcüstanda maraqlı hadisə/ VİDEO
14711
Gürcüstanın Marneuli rayonunda qəribə hadisə baş verib.
BakuPost xəbər verir ki, olay toyuq fermalarından birinin sahibinin başına gəlib. Belə ki, sahibkar cücə çıxması üçün qoyulan yumurtaların vaxtı keçdiyini görüb və onların xarab olduğunu düşünüb. Bu səbəbdəb xeyli sayda yumurtanı yığdıraraq zibilliyə atdırıb. Zibillik ərazidə günəş altında qalan yumurtalardan isə cücə çıxıb.