Ru
17:12 / 11 Sentyabr 2025

Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı -Sərt AÇIQLAMA

Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı -Sərt AÇIQLAMA
Eye

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, müğənni Alla Puqaçovanın son müsahibəsinə sərt reaksiya verib.


Bakupost.az xəbər verir ki, diplomat Sankt-Peterburqda keçirilən XI Birləşmiş Mədəniyyətlər Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Bir əsər var, onun adı sonradan məşhur ifadəyə çevrildi — “Təkəbbür yarmarkası”. Bu isə artıq “riyakarlar bazarıdır””, — deyə Zaxarova bildirib.

Qeyd edək ki, Alla Puqaçova müsahibəsində Rusiya hakimiyyətinə qarşı dərin məyusluğunu ifadə edib, ölkəni tərk etməsini "vətən tərəfindən xəyanətə uğramaq"la əsaslandırıb.

Puqaçova həmçinin Vladimir Putinə bir zamanlar böyük ümidlərlə səs verdiyini, lakin bu gün onun tamamilə dəyişdiyini və başqa bir insana çevrildiyini deyib.

Müğənni Ukrayna müharibəsinin məqsədlərini anlamadığını, günahsız insanların – həm rusların, həm də ukraynalıların həyatını itirməsinin dəhşətli olduğunu bildirib. O vurğulayıb ki, əgər vətən həqiqətən təhlükə altında olsa, silah götürməyə belə hazır olar, lakin bu müharibəni anlaşılmaz və faciəvi hesab edir.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar