Ru
22:41 / 01 Sentyabr 2026

Zaxarova TƏHDİD ETDİ - "Rusiyanı seçməsəniz..."

Zaxarova TƏHDİD ETDİ -  "Rusiyanı seçməsəniz..."
Eye

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanla Rusiya arasında münasibətlərin gələcəyi ilə bağlı erməni gənclərinin rolundan danışıb.

"Bakupost" SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, Zaxarova “Era” ictimai təşkilatının Rusiya-Ermənistan münasibətlərinin inkişafında erməni gənclərinin hansı töhfəni verə biləcəyi ilə bağlı sualını cavablandırıb.

O bildirib ki, məsələyə yalnız milli mənsubiyyət baxımından yanaşmaq düzgün deyil. Zaxarovanın sözlərinə görə, həm erməni, həm də rus gəncləri iki ölkə arasında münasibətlərin gələcəyinin formalaşmasında mühüm rol oynaya bilərlər.

Rusiya XİN sözçüsü çıxışında iki ölkənin ortaq keçmişinə də toxunub. O, Ermənistan vətəndaşlarının həyatına son qoyan münaqişələrin həllində Rusiyanın rolunu xatırladıb.

“Bunu xatırlamaq lazımdır və gənclər də bunu bilməli və xatırlamalıdırlar”, – Zaxarova deyib.

Diplomat, həmçinin həmin dövrlərdə rusiyalı hərbçilərin “öz hərbi borclarını yerinə yetirdiyini” bildirib.

Zaxarova qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi indiki gənc nəslin maraqlarına cavab vermir. Onun sözlərinə görə, hazırda münasibətlərlə bağlı verilən qərarların nəticələri gələcəkdə həm gənclərin, həm də onların övladlarının həyatına təsir göstərəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar