“Honda” və “Nissan” avtomobillərində istifadə olunacaq ortaq proqram təminatı və əməliyyat sistemi hazırlamaq üçün strateji əməkdaşlığa başlayıb.
“Bakupost” xəbər verir ki, şirkətlər yeni texnologiyanı 2029-cu ilin aprelindən etibarən avtomobillərində tətbiq etməyi planlaşdırır.
Əməkdaşlıq çərçivəsində avtomobillərin əməliyyat sistemləri və elektron idarəetmə bloklarının standartlaşdırılması nəzərdə tutulur. Şirkətlər bunun istehsal xərclərini azaltmağa və tədqiqat-gəlişdirmə imkanlarını genişləndirməyə kömək edəcəyini gözləyir.
“Honda” və “Nissan” 2025-ci ildə birləşmə imkanını da müzakirə etmiş, lakin tərəflər razılığa gələ bilməmişdi.
Vüsalə Hüseynova,
BakuPost