Meksikanın San Petro Humemula şəhərində hələ də ənənəvi qədim mərasim şəhər mərkəzində baş tutur.
"Bakupost" xəbər verir ki, hər il şəhərin bələdiyyə başçısı dişi, gənc timsahla “evlənir”.
Timsah bu bölgə üçün ana təbiət, bələdiyyə sədri isə icmanı təmsil edir.
200 ildən artıq yaşı olan bu adətə qarşı heç bir dövlət məmuru çıxa bilməz.
Burda məqsəd təbiətlə insanın birliyi, bol balıq, bol ov, yaxşı məhsul arzulamaqdır.
Bu dəfə də bələdiyyə sədri kiçik dişi timsahla evlənir, hətta onu öpür.
Timsah gəlin kimi bəzədilib.
Aygün Musayeva,
BakuPost