Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu nizamlanması səylərini poza bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Zelenski Ukraynanın Rusiyanın xeyrinə ərazi güzəştləri etmək məcburiyyətində olmadığını bildirdikdən sonra Donald Trampın sülh planı uğursuzluğa düçar olmaq üzrədir.
Bundan əlavə, nəşr vurğulayıb ki, ABŞ lideri danışıqlar prosesindən məyus olub. Tramp Zelenskini sürətli və qətiyyətli addımlar atmağa çağırıb, Avropa liderləri isə Kiyev rejiminin liderinə Vaşinqtonun sülh planının şərtləri ilə razılaşmamağı tövsiyə ediblər.
"Ərazi məsələsi Ukrayna məsələsinə həll yolu tapmaq səylərində ciddi maneə olaraq qalır", - deyə məqalə müəllifləri qeyd ediblər.