Ru
23:43 / 18 Avqust 2025

Zelenskidən görüş şərhi: Çox yaxşı müzakirə oldu...

Zelenskidən görüş şərhi: Çox yaxşı müzakirə oldu...
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşündə ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması məsələsini müzakirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Donald Trampla Avropa liderləri arasında keçirilən görüşdə danışıb.

Zelenskinin sözlərinə görə, görüşdə həmçinin humanitar məsələlər də diqqət mərkəzində olub.

Daha sonra Avropa liderlərinin də iştirak etdiyi genişləndirilmiş formatda müzakirələr aparılıb.

“Bu, çox yaxşı müzakirə oldu. Biz çox həssas məsələləri müzakirə etdik. İlkin olaraq müzakirə olunan mövzu təhlükəsizlik zəmanətləri haqqında idi. ABŞ-ın belə siqnal göndərməsi və zəmanətlər verməsi son dərəcə önəmlidir”, – deyə Zelenski bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar