Ru
14:43 / 02 May 2019

- "Gürcüstanda kimlərsə qəhrəman olmaq istəyir" "Keşikçi dağ" böhranı

- "Gürcüstanda kimlərsə qəhrəman olmaq istəyir" "Keşikçi dağ" böhranı
Eye

 

Xəbər verdiyimiz kimi, son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən "Keşikçi dağ” monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə bağlı aydınlaşma tələb edir.



BakuPost məsələ ilə bağlı «Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin münasibətini öyrənib.



Z.Məmmədli bildirib ki, "Keşikçi dağ” Azərbaycana məxsusdur: "Gürcüstanla Azərbaycan arasında bəzi mübahisəli ərazilər var. Bizim iddiamız budur ki, Gürcüstan ərazisinə düşən "Keşikçi dağ” bizimdir, onların da başqa iddiaları var. O abidənin bir hissəsi bizim, bir hissəsi də onların ərazisindədir. Bütün hallarda mən bunun üzərində siyasət qurmağın əleyhinəyəm. İki dövlətin rəsmi qurumları və yaradılmış komissiya intensiv işləməlidir. Həm Gürcüstan, həm də Azərbaycan alimləri bu məsələ ilə bağlı tarixi faktları ortaya qoymalı və müəyyən razılıq əldə olunmalıdır”.



Cəmiyyət sədri deyib ki, Gürcüstanda kimlərsə bu məsələyə görə qəhrəman olmaq istəyir, amma onların niyyəti keçən deyil: "Əgər komissiya varsa və işləyirsə, biz onların işinə müdaxilə etməməliyik. Hər iki dövlətin, xalqın milli maraqlarına uyğun ortaq məxrəcə gəlinməlidir. Əgər bu orta məxrəc olmasa, ömrü boyu mübahisələr yarana bilər. Bu mübahisələrdən də hər iki dövlətin düşmənləri bəhrələnə bilər. O siyasi düşmənlər maraqlıdır ki, iki xalq arasında strateji tərəfdaşlığa gedən yollar bağlansın, yalnız ziddiyyətlər olsun. Biz isə buna imkan verməməliyik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar