Ru
17:10 / 10 Avqust 2026

Zəng edib ki, yenə ölüm xəbəriniz yayılıb - Azər Axşam

Zəng edib ki, yenə ölüm xəbəriniz yayılıb - Azər Axşam
Eye

Aparıcı-aktyor Azər Axşamın (Şabanov) ölüm xəbəri yenidən yayılıb.


"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Azər Axşam bu dəfə də barəsində yayılan ölüm xəbərinə sosial media hesabında münasibət bildirib.

Sənətçi yayılan xəbərlərin kim tərəfindən və hansı məqsədlə yayıldığını anlamadığını qeyd edib:

“Çox maraqlıdır ki, bu xəbərləri kim yayır və onların qazancı nə olur? Allah onlara hidayət versin. Bu gün bir jurnalist xanım zəng edib dedi ki, Azər müəllim, yenə sizin ölüm xəbəriniz yayılıb.

Dedim ki, bu artıq neçənci dəfədir, barəmdə belə xəbər yayılır. Həm də bu, təkcə mənimlə bağlı deyil. Bir sıra sənətçi ilə bağlı da belə xəbərlər yayılır. Demək istəyirəm ki, hər şey yaxşıdır. Canı verən də, alan da Allahdır. Hər kəsə can sağlığı arzulayıram”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar