Ru
17:22 / 10 Avqust 2026

Hörmüzdə böhran dərinləşir: ABŞ isə Tehranın yumşalmasını gözləyir

Hörmüzdə böhran dərinləşir: ABŞ isə Tehranın yumşalmasını gözləyir
Eye

İran və Oman Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmaya hələ nail olmayıb.

“Bakupost” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın üzləşdiyi iqtisadi çətinliklər səbəbindən gec-tez mövqeyini yumşaldacağını və Vaşinqtonun prosesi səbrlə gözləyə biləcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə iyun ayında imzalanan müvəqqəti sülh razılaşmasının dəfələrlə pozulduğunu əsas gətirərək, hələlik ABŞ ilə birbaşa danışıqlara getməkdən imtina edib.

O bildirib ki, ABŞ razılaşmanı pozmağa davam etdiyi və bu pozuntuları kompensasiya etmədiyi müddətdə danışıqların yenidən başlaması mümkün deyil. O, Omanla Hörmüz boğazından keçən dəniz nəqliyyatının bərpasına dair razılaşmanın isə “çox yaxın” olduğunu söyləyib.

Tramp isə İranın mövqeyinə görə narahat görünmür. O, ABŞ-nin hazırda vəziyyəti sakitləşdirməyə çalışdığını və İranın yüksək inflyasiya və iqtisadi problemlərini izlədiyini bildirib.

İran Mərkəzi Bankının məlumatına görə, ölkədə illik inflyasiya son dövrdə 77%-ə çatıb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, İran iqtisadiyyatı 2025-ci ildə 1,5% kiçilib.

Bu arada Yaxın Şərqdə gərginlik də davam edir. İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinə məxsus “Cizan” neft emalı zavodunu vurduqlarını iddia edib. Səudiyyə rəsmiləri isə daha əvvəl zavodda yanğın baş verdiyini, lakin yanğının qısa müddətdə söndürüldüyünü və xəsarət alan olmadığını açıqlayıb.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sensorları, qarşısının alınması raketləri və raket izləmə sistemləri kimi mühüm silah proqramlarının istehsal və tədarükünün sürətləndirilməsini planlaşdırır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar