Ru
21:33 / 01 Sentyabr 2025

10 aylıq körpə türkəçarənin qurbanı oldu...

10 aylıq körpə türkəçarənin qurbanı oldu...
Eye

Astarada hərarəti qalxan körpə vəfat edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Siyəkü kəndində 10 aylıq körpə ailənin yanlış müalicəsinin qurbanı olub.

Məlumata görə, 2024-cü il təvəllüdlü Elcan Taleh oğlu Həsənzadənin günorta saatlarında bədən hərarəti qəfil yüksəlib. Ailəsi uşağın qidadan zəhərləndiyini güman edərək ona suda sodalı su veriblər. Bundan sonra körpənin vəziyyəti kəskin pisləşib.

Körpə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar