Finlandiyanın Espoo şəhərində 30 yaşlı azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.
Adı açıqlanmayan qadının iki uşaq anası olduğu bildirilir.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.
"Olay günü mərhumun bacısı Rusyadan mənimlə əlaqə yaradaraq yardım istəyib. Biz də Finlandiya Azərbaycanlıları Assosiasiyası rəhbərləri olaraq üzərimizə düşən görəvimizi yerinə yetirməklə ilk işimiz İsveçdəki Azərbaycan səfirimiz dəyərli Zaur müəllimlə əlaqə yaradaraq hadisə haqqında təlimat verdik. Səfirimiz hadisəni nəzarətə götürüb. Bizimlə 29.08.2025 tarixindən mütamadi olaraq əlaqədədir. Biz də həmin gündən bu günə qədər mərhumənin qohumlarının Espoo şəhər polisi, rus səfirliyi, işi aparan müstəntiq ilə əlaqə qurmaları üçün lazım olan şəraiti yaratmışıq. Bu işlə əlaqədar olan görəvlilərlə mərhumənin qohumları artıq əlaqə qurublar. İndi isə mərhumənin qohumlarını Rusyadakı fin səfirliyinə yönəltmişik ki, extra viza ala bilsinlər",- o, qeyd edib.