Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətinin Pakistan tərəfindən bloklanıb-bloklanmamasına dair suala cavab verməkdən yayınıb.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"İndiki mərhələdə prosesin təfərrüatına toxunmayacağıq, lakin deyə bilərik ki, Ermənistanın üzvlüyü ilə bağlı kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma müşahidə edirik", - deyə o vurğulayıb.
Badalyan əlavə edib ki, bu anlayışı nəzərə alaraq, Ermənistan təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığı bundan sonra da inkişaf etdirmək üçün maraq göstərən ŞƏT-ə üzv dövlətlərlə işləməyə davam edəcək.