"Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı nəzərdən keçirərsə, bütün amilləri nəzərə almalıdır".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ehtimalından danışarkən deyib.
Baş nazirin müavini əlavə edib ki, Ermənistanın Aİİ-də üzvlüyü barədə düşünülmüş qərar verəcəyinə ümid edir.
“Bu, Ermənistan xalqının verəcəyi qərardır. Yaxın günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan dedi ki, eyni vaxtda həm Aİİ, həm də Aİ üzvü olmaq mümkün deyil. Və əgər belə bir qərar qəbul olunacağı təqdirdə, əminəm ki, qərarın istənilən istiqamətdə qəbul edilməsinə təsir göstərən ən müxtəlif amillər nəzərə alınacaq”, – deyə baş nazirin müavini bildirib.
Avqustun 28-də Paşinyan bəyan edib ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz və buna görə də vaxtı çatanda seçim etməyə hazırdır.