Ru
23:28 / 01 Sentyabr 2025

Rusiya şirkətləri İranda dəmir yolu xətti çəkəcək - Nikitin

Rusiya şirkətləri İranda dəmir yolu xətti çəkəcək - Nikitin
Eye

Rusiya şirkətləri İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə cəlb olunacaq.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin "Rossiya-1" telekanalının efirində deyib.

"Əlbəttə, İranda bu əlaqə bizim üçün, Rəşt-Astara dəmir yolunun tikintisi üçün vacibdir. Həmkarlar, nəhayət marşrutu müəyyənləşdirməlidirlər, biz əslində torpaq sahələrinin alınması ilə bağlı işə başlamalıyıq. Tikinti ilə Rusiya şirkətləri məşğul olacaq", - o deyib.

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

İranın Moskvadakı səfiri Kazım Cəlali bu ilin aprelində bəyan etmişdi ki, Rəşt-Astara dəmir yolu ən tezi 3-4 ildən sonra tikilə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar