Ru
20:48 / 01 Sentyabr 2025

ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edir - Lavrov

ŞƏT görüşünün iştirakçıları ölkələrinin maraqlarını müdafiə edir - Lavrov
Eye

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tiencində keçirilən ŞƏT və ŞƏT+ sammitlərinin əsas nəticəsini görüş iştirakçılarının öz milli maraqlarını müdafiə etməyə hazır olması kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri VQTRK-nın jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

"Bu, təxribatlara boyun əymədən, hüquqlarını beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və vaxtilə Qərbin özünün təbliğ etdiyi beynəlxalq valyuta-maliyyə ticarəti sisteminin prinsiplərinə tam uyğun olaraq müdafiə edərək göstərilən qətiyyətdir, İştirakçıların qanuni maraqlarının müdafiəsinə yönəlmiş qətiyyətdir", - o deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar