“TikTok” birbaşa mesajlaşma (DM) funksiyasını genişləndirir.
Bakupost.az xəbər verir ki, yeniləmə ilə istifadəçilər səsli qeydlər, şəkillər və videolar paylaşa biləcəklər.
Bu dəyişikliklər həm təkbətək, həm də qrup çatlarına şamil ediləcək.
İstifadəçilər birbaşa söhbət ekranından audio yazmaqla 60 saniyəyə qədər səsli qeydlər göndərə biləcəklər. Bir mesajda doqquza qədər foto və ya video paylaşıla bilər.
Daha çox media göndərmək istəyən istifadəçilər sonrakı mesajlarla paylaşmağa davam edə bilərlər.
Qeyd olunur ki, əvvəllər istifadəçilər yalnız mətn, GIF-lər, stikerlər və “TikTok” məzmunu göndərə bilirdilər.