Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı cinayət işi açıb.
Bakupost.az xəbər verir ki, bu barədə UTX-nin Telegram kanalında məlumat yayılıb.
UTX Kadırovu ağır hərbi cinayətlərdə ittiham edir: "Ramzan Kadırov müharibə zamanı beynəlxalq konvensiyaları kobud şəkildə pozub".
Bu, Ukraynanın Kadırova qarşı irəli sürdüyü ilk cinayət işi deyil. 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbərini müharibənin təşkilində ittiham etmişdi.