Ru
19:14 / 01 Sentyabr 2025

Avropa çempionatında iştirak edəcək millimizin - HEYƏTİ

Avropa çempionatında iştirak edəcək millimizin - HEYƏTİ
Eye

Sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək idmançıların siyahısı müəyyənləşib.

Bakupost.az Azərbaycan Cüdo Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

Oğlanlar:

-60 kq

Nihad Məmişov;

Fərid Qarayev.

-66 kq

Məhəmməd Musayev;

Nizami İmranov.

-73 kq

Əbil Yusubov.

-81 kq

Süleyman Şükürov.

-90 kq

Aslan Kotsoyev.

-100 kq

Davud Namazlı.

+100 kq

Ramazan Əhmədov.

Qızlar:

-48 kq

Fəridə Mirzəyeva.

-52 kq

Xədicə Qədəşova;

Aydan Vəliyeva.

+78 kq

Nigar Süleymanova.

Qarışıq komanda yarışı:

-63 kq

Nilgün Rzayeva.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar